Şənbə , Fevral 24 2024
Ana səhifə / Kriminal / 5 yaşlı qızının ölümündə suçlanan qadın hakim qarşısında: “Mən öldürməmişəm”

5 yaşlı qızının ölümündə suçlanan qadın hakim qarşısında: “Mən öldürməmişəm”

Qızını öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başlayıb.

Musavat.com zəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Gülnarə Sayfullayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında G.Sayfullayevanın anket məlumatları dəqiqləşdirilib. G.Sayfullayeva Azərbaycan dilini yaxşı başa düşmədiyi üçün tərcüməçi ilə təmin edilib. O, anasının rus, atasının isə ləzgi olduğunu deyib. G.Sayfullayeva təhsilinin olmadığını, 6-cı sinifə qədər oxuduğunu söyləyib və bir qızının olduğunu deyib. G.Sayfullayeva qızını öldürmədiyini söyləyib.

Məhkəmənin baxış iclası oktyabrın 18-nə təyin edilib.

Bildirək ki, dəşhətli hadisə Qusarda baş verib. Rayonun Hil kəndində yerləşən fermada yaşayan Gülnarə Sayfullayeva qızı, 2012-ci il təvəllüdlü Sayfullayeva Luizanı zəhərləyib.

Qətl hadisəsi baş verərkən yayılan məlumatda bildirilirdi ki, 5 yaşlı Luiza səhər saatlarında yuxudan qalxandan sonra anası ona yemək verib. Bu zaman qadın uşağa verdiyi südün içinə ziyanvericilərə qarşı istifadə edilən kimyəvi məhlul qarışdırıb.

Uşağın halı pisləşdikdən sonra qadın peçman olub və ferma sahibinin yanına qaçaraq kömək istəyib. Onun maşını ilə uşağı Qusar xəstəxanasına çatdırmağa çalışıblar. Lakin artıq gec olub, 5 yaşlı qız yolda keçinib. Xəstəxanadakı müayinədən sonra uşağın öldüyü dəqiqləşib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Uşağın qanından nümunə götürülüb və ekspertizaya təqdim edilib. Ekspertizanın nəticəsi azyaşlının zəhərlənməsini üzə çıxarıb.

Həmçinin oxuyun

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ AÇIQLANDI

Aybəniz Həşimovanın qardaşının mənimsədiyi məbləğ açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq …