Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / 5 xarici şirkət Azərbaycan bazarını tərk edir

5 xarici şirkət Azərbaycan bazarını tərk edir

Azərbaycanda daha 5 xarici şirkətin filialı və nümayəndəliyi ləğv olunur. Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlardan biri “Merton Investment Holding Ltd.” şirkətidir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
İkincisi – “Commonwealth Oil and Gas Company Ltd.” şirkətidir. Kreditorların tələbləri Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi,14 ünvanında qəbul ediləcək.
Üçüncüsü – “ACC Distribution UAB”-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi,8 ünvanına bildirə bilərlər.
Dördüncü şirkət – “NTD Services LLP”-dir. Kreditorların tələbləri Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi, ev 62, mənzil 28 ünvanında qəbul ediləcək.
Və nəhayət, 5-ci şirkət “Key Mühendislik Proje Taahhüt ve Limited” şirkətidir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, 1/46 ünvanına bildilər bilərlər.
Şirkətlərin kreditorların tələblərini bildirmək üçün iki ay vaxtı var. (Report)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın