Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / 5 ulduz oteldən super kampaniya – 2 NƏFƏR CƏMİ 59 MANATA

5 ulduz oteldən super kampaniya – 2 NƏFƏR CƏMİ 59 MANATA

Azərbaycanın ən dəbdəbəli 5 ulduzlu otellərindən biri ölkə vətəndaşları üçün çox münasib şərtlərlə yeni kampaniya elan edib. «Samaxi Palace» otelinin “Bahar Təklifi”  kampaniyasına əsasən Aprel ayı ərzində, yəni 1-30 Aprel tarixlərində 5 ulduzlu «Samaxi Palace» otelində iki nəfərlik istirahətin günü cəmi 59 manata  başa gələcək.

Hoteldən  verilən məlumata görə, 59 manatlıq qiymət həftə içi gələn qonaqlara aiddir. Həftə sonunda (yəni hotelə 5-ci və 6-cı gün gələnlər üçün) isə bu qiymət 79 manat təşkil edir.

Qiymətə otaqda 2 nəfərin qalması, səhər yeməyi və hoteldəki SPA vasitələrindən istifadə aiddir. SPA xidmətlərinə qapalı və açıq hovuzlar, fitnes mərkəzi, sauna, Türk və Fin hamamları, eləcə də ən böyük qapalı cakkuzi daxildir.

Bundan başqa, otelin qonaqları bəzi əyləncələrdən pulsuz istifadə edə biləcəklər. Uşaqlar üçün isə animasiya xidmətləri və «Cırtdan» uşaq klubunun xidmətləri pulsuzdur. Kampaniya çərçivəsində, otaq bronu zamanı 6 yaşa qədər birinci uşağın otaqda qalması tamamilə pulsuzdur. Yaşı 12-dək olan ikinci uşaq üçün isə əlavə cəmi 30 manat ödəmək lazımdır. Bu qiymətə otağa əlavə çarpayının yerləşdirilməsi, səhər yeməyi və sadalanan xidmətlər aiddir.

«Şamaxı Palas»dan bildirilir ki, hoteldə nahar və şam yeməyi də sərfəli qiymətlərədir. Qonaqlar günorta və şam yeməyini hoteldə fəaliyyət göstərən 3 restoranda keçirə bilərlər. «Restoranlarımızda qiymətlər çox münasibdir, təkcə onu deyə bilərik ki, müştərilərimiz müsbət mənada təəccəblənəcəklər»-deyə bildirilib.

Oteldən bildirilir ki, “Bahar Təklifi”  kampaniyasında məqsəd daxili turizmə dəstək verməkdir. «Məqsədimiz odur ki, vətəndaşlarımız öz istirahətlərinin təşkili zamanı, istirahət üçün istiqamətləri müəyyən edəndə, daxili turizm də prioritetə çevrilsin və daha çox yerli istiqamətlərə üstünük versinlər. Hazırda belə bir fikir formalaşıb ki, Azərbycanda istirahət çox bahadır. Biz isə belə qiymətlərlə insanların diqqətini daxili turizmin daha sərfəli olduğuna diqqəti cəlb etmək istəyirik»-deyə hoteldən bildirilib.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın