Çərşənbə axşamı , Mart 21 2023
Ana səhifə / Kriminal / 5 il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş

5 il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağsuda beş il əvvəl törədilən cinayətlə bağlı məlumat yayıb.

” Azinforum.az ” – a daxil olan məlumatda deyilir:

“1999-cu il təvəllüdlü Ağsu sakini Qəhrəmanova Ayşən Namizəd qızının 27 yanvar 2017-ci ilə itkin düşməsi faktına görə Ağsu rayon prokurorluğunda başlanmış cinayət işi təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 2019-cu ildə dayandırılıb.

7 mart 2022-ci ildə iş üzrə icraat təzələnərək Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq-əməliyyat qrupu yaradılıb.

Müəyyən edilib ki, 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanovanı bıçaqla öldürüb meyiti əvvəlcə Qaraqaşlı kənd qəbiristanlığında gizlədib. Yanvarın 28-də meyiti götürüb Kürdəmir rayonunda Şirvan kanalının yaxınlığında basdırıb.

16 mart 2022-ci ildə meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb. 17 mart 2022-ci ildə Asif Manafov şübhəli şəxs qismində tutulub, dindirilərkən törətdiyi əməli etiraf edib”.

Həmçinin oxuyun

Baş memarın cinayət işi icraata götürüldü

Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti sabiq şöbəsi müdiri Elgün Abdullayevin cinayət işi icraata …