Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / 45 yaşlı kişi 14 yaşlı qıza qarşı nalayiq hərəkət etdi – Gəncədə

45 yaşlı kişi 14 yaşlı qıza qarşı nalayiq hərəkət etdi – Gəncədə

Gəncədə 14 yaşlı məktəbli qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb. “Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, noyabrın 16-da səhər saatlarında yeniyetmə bir qız ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq bir kişinin ona qarşı nalayiq hərəkətlər etdiyi barədə məlumat verərək onlardan kömək istəyib.

Qaçmağa cəhd edən həmin şəxs polis əməkdaşlarının çevikliyi ilə saxlanılaraq şübhəli şəxs qismində Kəpəz Rayon Polis idarəsinə gətirilib.

Araşdırmalarla Zaqatala rayon sakini, 45 yaşlı Hikmət Malxasovun şəhərdaxili marşurutların birində insanların az olmasından istifadə edərək yanında əyləşən azyaşlı məktəbliyə qarşı qeyri-etik hərəkətlər etməsi, avtobusun dayanacaqda dayanmasından istifadə edən məktəblinin düşüb qaçmaq istədiyi zaman isə onu təqib etdiyi müəyyən edilib.

Saxlanılan şəxsin əvvəllər Rusiya və Azərbaycanda dəfələrlə məhkum olunduğu da müəyyən edilib.

Faktla bağlı Kəpəz RPİ-də araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …