Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / 4 yaşlı uşaq dayısının “KamAZ”ının altında qalaraq öldü, anası ağır xəsarət aldı

4 yaşlı uşaq dayısının “KamAZ”ının altında qalaraq öldü, anası ağır xəsarət aldı

Bu gün günorta saatlarında Salyan rayonunun Boranıkənd kəndində bədbəxt hadisə baş verib.

Virtulaz.org-un Şirvan bürosunun məlumatına görə, 21 yaşlı kənd sakini Ərmulla Nurulla oğlu Aslanov idarə etdiyi “KamAZ”ı həyətlərində hərəkətə gətirərkən bacısı – 24 yaşlı Günel Məmmədovanı və onun 4 yaşlı oğlu Əli Məmmədovu görmədiyindən hər ikisi maşının altında qalıb. Uşaq aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Ana Günel Məmmədova isə ağır xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırılmalara başlanılıb

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …