Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Kriminal / 4 nəfərin ölümündə ittiham edilən şəxsə bəraət verildi

4 nəfərin ölümündə ittiham edilən şəxsə bəraət verildi

Ali Məhkəmə 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Mais Mustafayev barəsində bəraət hökmü çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı və ölən şəxslərin hüquqi varislərinin verdiyi kassasiya protesti və kassasiya şikayətinə baxılıb.

Təqsirləndirilənin vəkili Əli Hüseynovun sözlərinə görə, Ali Məhkəmə şikayəti təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2018-ci il iyunun 30-da Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Mustafayevin sərnişinlərindən, biri azyaşlı olmaqla, ümumilikdə 4 sərnişin yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində həlak olub.

İstintaq zamanı həbs edilən M.Mustafayevin idarə etdiyi maşının təkəri anidən partladığı üçün qəza baş verdiyi bildirilir.

Həmçinin oxuyun

Suraxanıda narkotik dövriyyəsi, oğurluq və quldurluğa görə 222 nəfər saxlanılıb – VİDEO

Bakının Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz …