Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “4 min iş yeri açılacaq” – Nazir

“4 min iş yeri açılacaq” – Nazir

Azərbaycanda sənaye parklarının rezidentləri növbəti mərhələdə müxtəlif layihələrin reallaşdırılması üçün 1,5 milyard dollar investisiya qoymaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin rəsmi mətbuatda dərc olunmuş məqaləsində qeyd olunub.

Nazirin sözlərinə görə, bu 4 minə yaxın yeni iş yerinin açılmasına kömək edəcək.

Ş.Mustafayev qeyd edib: “Bu günədək sənaye parklarına 553 milyon dollar investisiya qoyulub. Bu amil 3 mindən çox iş yerinin açılmasına səbəb olub”.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın