Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / 4 il əvvəl ölən inəyə görə həbs edilən Xudaverdinin başına gələnlər…

4 il əvvəl ölən inəyə görə həbs edilən Xudaverdinin başına gələnlər…

4 il əvvəl ehtiyatsızlıqdan həmkəndlisinin inəyini öldürən şəxs ikinci dəfə həbs edilib. O, məhkəmə qərarını icra etmədiyi üçün daha 10 gün həbsdə yatmalı olacaq.

Hadisə Şəkidə baş verib. 1985-ci il təvəlüdlü Xudaverdi Hacıyusibov Şəkinin Şin kəndində bir inəyi ehtiyatsızlıqdan öldürüb. İnəyin sahibi olan qadın onu məkəməyə verərək zərəri tələb edib.

Məhkəmə belə qərar çıxarıb ki, Xudaverdi öldürdüyü inəyə görə onun sahibinə 700 manat ödəməlidir. Əlavə olaraq da 30 manat məhkəmə rüsumu verilməlidir.

Xudaverdi imkanı olmadığı üçün pulu ödəyə bilməyib. Məhkəmə qərarını icra etmədiyi üçün bir dəfə həbs edilib. Sonra zərərin bir hissəsini ödəyib. Amma sonra o, zərərin qalan hissəsini ödəmədiyi, məhkəmə qərarını icra etmədiyi üçün növbəti dəfə axtarışa verilib.

O, İnzibati Xətalar Məcəlləsinin 528.1 (məhkəmə və digər orqanların qərarlarının icrasıyla əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsilə təqsirli bilinib.

Xudaverdi borcunu ödəmək istəyir, amma buna maddi imkanının çatmadığını deyir. O, bildirir ki, əgər ona biçin vaxtına qədər möhlət verilsə, borcu ödəyə bilər.

“Pulun 400 manatını hissə-hissə ödəmişəm. Mənim buna imkanım yoxdur. Malın sahibi isə pulu tam olaraq tələb edir.

Mənim himayəmdə 75 yaşlı atam və 68 yaşlı anam var. Özüm kənd adamıyam, heç bir yerdə işləmirəm. Anamın, atamın pensiyası və kənd təsərrüfatından qazandığımızla güclə dolanırıq. Uzun illər sonra övladım olub. Yoldaşım xəstədir. O, xəstəxanada qeydiyyatda olsa da, onu orada saxlamaq imkanım yoxdur. Yoldaşıma evdə özüm baxıram.

Mən dağdan gələndə odun inəyə dəydi və heyvan öldü. Bunu bilərəkdən etməmişəm. Möhlət verilsə, bu əkin vaxtında ödəyə bilərəm”- deyən Xudaverdi həbs edilib.

Məhkəmə onun 10 gün həbsdə qalması barədə qərar çıxarıb. Xudaverdi bu qərardan şikayət versə də, şikayəti rədd edilib. Musavat.com

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …