Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / 36 yaşlı usta işlədiyi evdə 6 yaşlı qızı zorladı – Bakıda ŞOK CİNAYƏT

36 yaşlı usta işlədiyi evdə 6 yaşlı qızı zorladı – Bakıda ŞOK CİNAYƏT

Bakıda pedofil həbs edildi.

Bu barədə hüquq-mühafizə orqanlarından “Sputnik Azərbaycan” saytına məlumat verilib. Verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb.

Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsilə saxlanılıb. O, 6 yaşlı qızı zorlamaqda günahlandırılır.

Belə ki, həmin şəxs 15-18 iyul tarixlərində C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs 2012-ci il təvəllüdlü qızla evdə tək qalıb. Fürsətdən istifadə edən Elbrus Mamedov qızı zorlayıb. O, azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …