Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Kriminal / 300 minlik FIRILDAQ – Kirayə qaldığı evi bir günün içində 7 nəfərə kirayəyə verdi

300 minlik FIRILDAQ – Kirayə qaldığı evi bir günün içində 7 nəfərə kirayəyə verdi

İstanbulda kirayəçinin 7 nəfəri aldatdığı insanları heyrətə salıb.

Belə ki, 7 nəfəri tələyə salan kirayəçi yüz minlərlə lirəlik fırıldağa imza ataraq yoxa çıxıb.

İstanbulun Zeytinburnudakı evdən çıxan kirayəçi son günündə 100 min lirəlik dələduzluq edib. Evin şəkillərini çəkib ev alqı-satqısı saytında elan yerləşdirən kirayəçi özünü evin sahibi kimi təqdim edib.

Elanda ev üçün aylıq 8 min TL kirayə, 6 aylıq ilkin ödəniş və 49 min TL depozit istədiyini yazan kirayəçi 7 nəfəri toruna salıb.

Bir gündə evi 7 nəfərə kirayə verən və təxminən 300 min TL-ni aldadan şəxs daha sonra yoxa çıxıb. Fırıldaqçının tələsinə düşənlərdən biri iranlı qadın 50 min TL itirdiyini bildirərək, başına gələnləri danışıb.

2

“Elanı gördüm, anamla gəldim və baxdım. 50 min TL verdim. Açarı aldım. Yerləşəndə ​​o biri açarı alacaqdım. İki gündən sonra yenə zəng etdi ki, mənə bir ilin ödənişi əvvəlcədən edə bilərsinizmi? deyə soruşdu. Biz daha sonra öyrəndik ki, o, mənzilin sahibi deyil, keçmiş kirayəçidir”, – deyə İranlı qadın bildirib. Musavat.com

3

Həmçinin oxuyun

Mövlam Şıxəliyevin yeni məhkəməsi başlayır

Cinayət işi  Bakı Apelyasiya Məhkəməsinə qaytarıldı Eyni qərarla cinayət işi üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun …