Ana səhifə / Kriminal / 300 min manatlıq dələduzluq: zərərçəkənlər arasında Könül Kərimova da var

300 min manatlıq dələduzluq: zərərçəkənlər arasında Könül Kərimova da var

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Məlahət Məmmədovanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, M.Məmmədova əvvəllər də eyni əmələ görə mühakimə olunub və şərti cəza alıb.

Məhkəmə baxışı iyulun 20-nə təyin edilib.

Qeyd edək ki, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Zərərçəkmişlər arasında əməkdar artist, müğənni Könül Kərimova da var.

İttihama görə, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürəcəyini vəd edərək 32 min manat pulunu alıb.

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

Həmçinin oxuyun

Bazar ertəsini sevmədiyi üçün şagirdləri güllələyən gənc qızın cinayəti… – FOTOLAR

Araşdırmalara görə, insanların ən stresli və kədərli olduğu gün həftənin bazar ertəsi günüdür. Bu sindrom …