Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / 3 yaşlı uşaqlar oynayarkən çaya düşdülər – Biri öldü

3 yaşlı uşaqlar oynayarkən çaya düşdülər – Biri öldü

Quba rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 22-də rayonun Cimi kəndi ərazisindən keçən Cimi çayında baş verib.

2016-cı il təvəllüdlü Yusif Abdullayev əmisi nəvəsi, həmyaşıdı Qızbikə ilə oynayarkən Cimi çayının yanına gəlib və orada oynamağa davam ediblər. Bu zaman hər ikisi yıxılaraq çaya düşüb. Qızbikə Abdullayeva çaydan çıxarılaraq xilas olunub, Y.Abdullayev isə orada boğularaq ölüb.

Rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, araşdırma aparılır.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …