Cümə axşamı , İyun 27 2019
Ana səhifə / Kriminal / 3 yaşlı oğlunu ticarət mərkəzində tərk edən anadan XƏBƏR VAR (FOTO+VİDEO)

3 yaşlı oğlunu ticarət mərkəzində tərk edən anadan XƏBƏR VAR (FOTO+VİDEO)

Bursada 3 yaşlı oğlunu alış-veriş mərkəzində buraxıb itkin düşən ana açıqlama verib.
Unikal.org 
Türkiyə mətbuatlına istinadən xəbər verir ki, ana sosial şəbəkə vasitəsi ilə açıqlama verən ana iş axtarmağa getmək üçün uşağını harasa qoymalı olduğunu deyib.
Barəsində deyilən “Vicdansız ana” sözünə  reaksiya verib və  Gamzenur E. “Bir saatlığına iş axtarmağa getdim ” deyə paylaşım edib.
Məlumatda bildirilir ki, hadisə ötən Cümə axşamı Bursa da meydana gəlib.
Bursanın işlək alış-veriş mərkəzlərindən birinin oyun parkına tərk edilə azyaşlı anası üçün ağlamağa başlayıb.Bu zaman nəzarətçilər uşağın anasını axtarmağa başlayıb. Bir qadına telefon nuömrəsini verərək gedən ananın verdiyi nömrə də səhv olub. Bundan sonra sakinlər polis əməkdaşlarına hadisə ilə bağlı məlumat verib. Hadisə yerinə gələn uşaq polisi azyaşlının paltosunun cibindən 1 məktub tapıblar.
Məktubun uşağın anası tərəfindən yazıldığı məum olub.
Məktubda gənc qadının oğluna baxa bilmədiyi, başqa çarəsi olmadığı üçün onu tərk etmək məcburiyyətində qaldığı, işlərini düzəltdikdən sonra yenidən övladını yenidən alacağını qeyd edib. Azyaşlının adının Həmzə olduğu da yazılıb. Uşaq Bursa Ailə Sosial Siyasətlər Nazirliyinə təslim edildikdən sonra anaın axtarışına başlanıb. Axtarışlardan sonra ana bir oteldə tapılıb. Polis bölməsində ifadəsi alınan qadın sərbəst buraxılıb. Günlərdir mətbuatın axtardığı anayla sosial şəbəkə vasitəsi ilə əlaqə saxlanılıb. O “tvitter”də yazılanların yalan olduğunu uşağını iş axtarmaq üçün parkda qoyub getdiyini deyib:
“Mən Gamze. Bursadakı alış-veriş mərkəzində uşağını tərk edən “vicdansız ana” dediyini o şəxs. Mənim heç kimim yoxdur, uşağı buraxacaq yerim yoxdur. Mən çörək pulu axtararkən hər kəs görüb görməməzlikdən gəldi. İndi hər kəs danışır. Mənim canım yansa da “isti yeri olsun” dedim. Mən üşümədən küçədə gəzirəm. Çox çalışdım amma olmadı. Baxan olmadı, heç kəs baxmaq istəmirdi. “Az pul verirsən” deyirdilər. Mən aylarla işə gedə bilmədim. İndi insanların gözündə vicdansız ana oldum. Mən qar altında qalarkən o yaxşı yerdə olsun istədim. Onu almaq üçün çalışıram”.
Məkum olub ki, Gamzenur E.-nin bundan əvvəl də oğlunu uşaq əsirgəmə qurumuna verib və bir müddət sonra geri alıb.

  • 3 yaşlı oğlunu ticarət mərkəzində tərk edən anadanXƏBƏR VAR (FOTO+VİDEO)

Həmçinin oxuyun

Bankdan 5 milyon avroya yaxın pul qaçırıldı

Bankdan 4 milyon 795 min avro oğurlanıb. Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində qeydə …