Cümə , Noyabr 27 2020
Ana səhifə / Kriminal / 3 uşaq anası özünü niyə yandırdı? – “Heç kəs meyitə baxa bilmədi”

3 uşaq anası özünü niyə yandırdı? – “Heç kəs meyitə baxa bilmədi”

Tovuz rayonunda üç uşaq anasının özünü yandırması ilə bağlı saytımıza yeni məlumat daxil olub.

Cəlilli kənd sakinlərindən birinin AzNews.az-a verdiyi məlumata görə, Şahnaz Məmmədova ağır xəstəlikdən əziyyət çəkirmiş:

“Həyat yoldaşı usta işləyirdi. Ordan-burdan qazanıb ailəsini dolandırırdı. Uşaqları körpədir, böyüyü 3-cü sinifdə oxuyur. Onların ana qayğısına ehtiyacları olduğu bir vaxtda ana özünü öldürüb…

Hadisə baş verəndən sonra kənd sakinləri yığışmışdı, lakin heç kəs cəsarət tapıb meyitə baxa bilmədi. Dəhşətli mənzərə idi”.

Qeyd edək ki, Tovuz rayonunda intihar hadisəsi baş verib. Rayonun Cəlilli kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin damında özünü yandıraraq intihar edib.

Həmçinin oxuyun

“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” – Sofiyevanın ziddiyətli ifadələri

Ötən ilin iyulun 7-də naməlum şəraitdə yatdığı divanda bir neçə bıçaq zərbəsi və boğazının kəsilməsi …