Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Kriminal / 3 ay əvvəl evləndiyi qızın atasını niyə öldürdü? – QƏTLİN TƏFƏRRÜATI

3 ay əvvəl evləndiyi qızın atasını niyə öldürdü? – QƏTLİN TƏFƏRRÜATI

Bakıda qohumlar arasında dava ağır cinayətə səbəb olub. Kürəkən özündən 9 yaş böyük olan qaynatasını bıçaqlayaraq qətlə yetirib. İlkin məlumata görə hadisəni törətməkdə şübhəli bilinən şəxs mərhumun qızı ilə 3 ay əvvəl ailə həyatı qurub.

Bəs qohumlar arasında cinayətə səbəb nə olub?

Ağır cinayət gecə saatlarında paytaxtın Suraxanı rayonu Şuşa şəhərciyi adlanan ərazidə baş verib. Sabunçu rayon prokurorlouğunun verdiyi məlumata görə 35 yaşlı Taleh Heydərov 44 yaşlı Qabil Qənbərovu bıçaqlayaraq öldürüb.

Mərhumun onunla birgə yaşayan qaynanası deyir ki, Qabil Qənbərov axşam saatlarında telefonla danışdıqdan sonra küçəyə çıxıb.

Qadın onu da əlavə etdi ki, Taleh Heydərov təxminən 3 ay əvvəl qətlə yetirdiyi Qabil Qənbətovun qızı ilə ailə həyatı qurubmuş.

Hadisə şahidi Müstəqim Məmmədov deyir ki, Taleh Heydərov qaynatasını küçədə bıçaqladıqdan sonra qaçıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən Taleh Heydərovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun bu cinayəti hansı səbəbdən törətməsı məlum deyıl. Faktla bağlı Suraxanı rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Kiyevdə həbs olunan azərbaycanlı: “Məni erməni şərləyib” – FOTO

Vətən müharibəsi iştirakçısı Misir Qasımlı 1 ildir ki, Ukraynada həbsdə saxlanılır. O, vəkili vasitəsilə “Qafqazinfo”ya …