Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / 25 yaşlı gənci qəbiristanlıqda diri-diri basdırıblar – Sumqayıtda şok olayın təfərrüatı

25 yaşlı gənci qəbiristanlıqda diri-diri basdırıblar – Sumqayıtda şok olayın təfərrüatı

Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb qəbiristanlıqda diri-diri basdırıblar.
Azinforum.az “Report”a istinadən bildirir ki, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.
Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindən Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb. Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar. Qəbiristanlıq ərazisində təmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb və yaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə onu Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …