Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Kriminal / 25 min borcun əvəzinə 30 min tələb ediblər

25 min borcun əvəzinə 30 min tələb ediblər

Bakıda adam oğurluğu ilə məşğul olmaqda ittiham edilən mütəşəkkil dəstənin üzvləri – Fəqan Eminoğlu, Niyaməddin Kazımlı, Şaiq Hüseynov, Vasif Allahverdiyev, Elçin Qasımov, Hüseyn Əsgərovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılır.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslər daha əvvəl də məhkumluq həyatı yaşayıblar.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi, Xətai rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.
Xətai rayon sakini H.Əsgərovun ötən il sentyabrın 9-da paytaxt sakini – 1970-ci il təvəllüdlü A. Abbasovaya 25000 manat borcu olub.

Abbasovanın sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı H.Əsgərovu Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edib.

Əvvəllər məhkum olunan, kriminal aləmə meylli, 1982-ci təvəllüdlü Vasif Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Şaiq Hüseynov və 1992-ci il təvəllüdlü Fəqan Eminoğlu da görüşdə olub.

Onlar H.Əsgərovu məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.
Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü Niyaməddin Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25 min manatın əvəzinə 30 min manat ödəməsini bildirib, işgəncə veriblər.

Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10 min manat verəcəyini vəd edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şaiq Hüseynov, Fəqan Eminoğlu, Vasif Allahverdiyev, A.Abbasova, Niyaməddin Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərov girov saxlandığı yerdən sağ-salamat azad olunub.


Onlara qarşı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək) və 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) maddələri ilə ittiham elan edilib. Musavat.com

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …