Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / 24 yaşlı gənc intihar etdi

24 yaşlı gənc intihar etdi

Abşeron rayonu Saray qəsəbəsində 24 yaşlı gənc intihar edib.

“ Azinforum.az ” xəbər verir ki, hadisə martın 7-si, saat 02:00 radələrində baş verib.

Belə ki, Rusiya vətəndaşı, 1998-ci il təvəllüdlü Şahbazov Vahid Yalçın oğlu yaşadığı Saray qəsəbəsindəki evdə özünü asaraq həyatına son qoyub.

Vahidin dostlarının saytımıza verdiyi məlumata görə, intiharından bir gün öncə V.Şahbazov Moskvada yaşayan valideynlərinə mesaj yazaraq özünü öldürəcəyini bildirib.

Reklam şirkətində işləyən V.Şahbazov həyat yoldaşından ayrılıb, onun azyaşlı övladı var.

İntiharın səbəbi dəqiqləşdirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Rasim Məmmədli

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …