Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / 24 yaşlı avtoxuliqan dəhşətli qəzaya səbəb oldu – VİDEO

24 yaşlı avtoxuliqan dəhşətli qəzaya səbəb oldu – VİDEO

Bakının Nəsimi rayonu ərazisində minik avtomobili ilə avtoxuliqanlıq edən sürücü qəza törədib.

ARB TV xəbər verir ki, paytaxt sakini 24 yaşlı Seymur Qurbanov taksi fəaliyyəti ilə məşğul olduğu “VAZ-2107” markalı avtomobillə Hüseynbala Əliyev küçəsində bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Bununla kifayətlənməyən sürücü işıqforun qırmızı işığından keçib və avtomobil 23 yaşlı Əlsalam Həmidovun idarə etdiyi “Changan” markalı maşına çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. “VAZ-2107″nin sürücüsü Seymur Qurbanov məsuliyyətə cəlb edilib.

Fakt araşdırılır.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …