Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Kriminal / 24 il axtarışda olan şəxsi saxlanılıb

24 il axtarışda olan şəxsi saxlanılıb

Ötən illərdən bağlı qalmış cinayətlərin açılması və axtarışda olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması Daxili işlər orqanları tərəfindən diqqətdə saxlanılır. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azinforum.az-a verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 12.01.1998-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarış elan edilmiş Rizvan Həsənov Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Qeyd edək ki, həmin şəxs axtarışdan yayınmaq üçün bu illər ərzində vaxtaşırı olaraq yaşadığı ünvanları dəyişib.

Həmçinin oxuyun

Rəisin gündəlik qazancı 361 643 manat olub – İDDİA

“Büdcəyə gündə 86 041 manat daxil olduğu halda yalnız 1 gömrük məmurunun gündəlik oğurluğu 361 …