Ana səhifə / Kriminal / 22 milyon manatlıq qalmaqal qızışır – Şirkət rəhbəri icra başçısını hədəfə gətirib

22 milyon manatlıq qalmaqal qızışır – Şirkət rəhbəri icra başçısını hədəfə gətirib

Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin 19 mayında Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesində açılan bəzi faktlar hazırda vəzifədə olan, ancaq müəyyən yollarla həbsdən yayınan məmurları səksəkədə saxlayır.

Müxtəlif KİV-lərin iddiasına görə, həmin məmurlardan biri də Binəqədi rayonunun icra başçısı Xaləddin İsgənədrovdur.

Reyting.az xəbər verir ki, yanan binanın üzlənməsini həyata keçirən “Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudov və onun vəkili artıq bir neçə məmuru hədəfə gətirəcək anonslar verirlər.

Son prosesdə isə onlar ləğv edilən MTN-lə yanaşı, binanın üzlənməsinin sifarişini verən Binəqədi rayon icra hakimiyyətinin başçısını da “nişangah”a gətiriblər.

Vəkil konkret olaraq bildirib ki, sifarişçı icra qurumudur, həmin üzlüklərə isə müsbət rəyi FHN-nin müvafiq idarələri veriblər.

Bununla yanaşı, şirkət prezidenti yanğın baş verən bina ilə yanaşı, Binəqədi rayonu ərazisində yerləşən bir neçə binanın üzlənməsinə görə şirkətə ödənilməli olan 22 milyon manatı da icra başçısı Xaləddin İsgəndərovun vermədiyini söyləyib.

İddiaya görə, 22 milyon manatlıq əməliyyat gec-tez X.İsgəndərova ciddi problemlər yaradacaq. Həmin pullar onu səksəkədə saxlayan ciddi faktlardan biridir.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın