Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Ucarda qaçırılan 16 yaşlı qızın məsələsi hələ də çözülməyib – VİDEO

Ucarda qaçırılan 16 yaşlı qızın məsələsi hələ də çözülməyib – VİDEO

Ucarda qaçırılan 16 yaşlı qızın ailəsinə ev və avtomobil təklif edilir.

Azinforum.az ölkə.az-a istinadən xəbər verir ki, 16 yaşlı məktəblinin nənəsi Sədaqət xanım Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinə gələrək kömək istəyib. Nənə bildirib ki, nəvəsi Elvinanı qaçıran Zamin adlı şəxs otuz yaşındadır:

“Nəvəmin 16 yaşı var, həmin oğlan da otuz yaşındadır. Nəvəm o oğlana əmi deyir. Uşaq özünü yerə çırpır ki, o oğlanı öldürün. İstəyirəm ki, nəvəm o evdən çıxsın, təhsil alsın. Onlardan başqa heç nə istəmirəm. Bizə ev və maşın təklif edirlər ki, şikayətimizi geri götürək. Qızımı oxuda bilməmişəm, yetim olmuşam. İndi nəvəmə təhsil vermək istəyirdim, niyə nəvəmin taleyini yandırmaq istəyirsiniz?”

Azyaşlının atası isə bildirib ki, qızı əmisiqızıgilə gəzməyə gedibmiş. X.Hidayətqızının “həmin oğlan deyir ki, dörd ildir sənin qızını sevir. On iki yaşlı qızı sevməkmi olar” sualına atanın verdiyi cavab isə hər kəsi şoka salıb:

“Ola bilər, niyə olmur?REKLAM

Canlı efirə telefon bağlantısıyla qoşulan Zamin isə Elvinanı onun öz istəyi ilə qaçırdığını iddia edib: 

“Nənəsi Elvinanı öz qohumları tərəfə vermək istəyirdi. Qız da dedi ki, məni sevirsənsə, götür qaç. O qız məni istəyir, mən də onu istəyirəm. Bizi ancaq Allah ayıra bilər. Qızın istəyi olmasaydı, götürüb qaçmazdım”.

z

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …