Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / 21 sentyabr – 3-cü DEVALVASİYA həyəcanı…

21 sentyabr – 3-cü DEVALVASİYA həyəcanı…

“FES yeni zərbə hazırlayır:  sentyabrda uçot dərəcəsinin artırılması şok yaşada bilər…”. 
Moderator.az xarici mediaya istinadla yazır ki, bu xəbərdarlığı  məşhur “Financial Times” nəşri edib.
Nəşr qeyd edir ki, əgər ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) Amerika valyutasının uçot dərəcəsini artırsa, həmin qurumun  başçısı Canet Yellen hərrac bazarlarını  şoka sala bilər. Odur ki, Uoll-Strit iqtisadçılarının əksəriyyəti (85 faizi) hesab edir ki, sentyabrın 21-dəki iclasda FES uçot dərəcəsini qaldırmağa qərar verə bilməz.
İlin əvvəlindən proqnozlaşdırılmış FES-in 2016-cı ildə uçot dərəcəsini 4 dəfə artıracağına yaranmış  inam artıq aşağı düşüb. Buna səbəb ABŞ iqtisadiyyatının qarışıq statistikası olub. Buraya iş yerlərinin çoxalması tempinin aşağı düşməsi  və xidmət sektorunun impulsunun itirilməsi də daxildir.
“Financial Times”ın keçirdiyi sorğuya görə, 46 iqtisadçıdan yalnız 13 faizi  FES-in bu ay dolların uçot dərəcəsini artıracağını ehtimal edir.
Bütün dünya investorları səbrsizliklə FES İdarə Heyətinin üzvü  Lael Breynardın çıxışını gözləyir. Onun çıxışı FES-in iclasqabağı çıxış edəcək tənzimləyici nümayəndələri arasında sonuncu olacaq. Sərmayəçilər Breynardı ənənəvi olaraq uçot dərəcəsinin artırılması əleyhinə çıxış edən məmur kimi tanıyırlar.
Beləliklə, iqtisadiyyatı ABŞ valyutasının böyük təsiri altında olan bir sıra ölkələr kimi, Azərbaycan da həyəcanla sentyabrın 21-ni gözləyir. Manatın gözlənilən növbəti, 3-cü  devalvasiyasının olub-olmayacağı daha çox FES-in həmin gün verəcəyi qərardan asılı olacaq.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın