Ana səhifə / Kriminal / “203 milyonluq sifariş gəlib” – Rövnəq Abdullayev

“203 milyonluq sifariş gəlib” – Rövnəq Abdullayev

Bu gün SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı mətbuat konfransı keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, satışlarda ilk üstünlük fiziki şəxslərə, yəni vətəndaşlarımıza verilib və sifarişlərin 90%-dən çoxu Azərbaycan vətəndaşlarına aid olub: “Cəmi 100 milyon ABŞ dolları məbləğində buraxılan SOCARistiqrazlarına 203 milyon dollardan artıq sifariş gəlib, bu da investorlar tərəfindən istiqrazlara tələbin 2 dəfədən artıq olduğunun göstəricisidir. Artıq alınıb satılma prosesi başlanacaq. İkinci bazar əməliyyatlarına start verilib. İstiqrazlar 2021-ci ilə kimi dövriyyədə olacaq. Artıq xarici fiziki və hüququ şəxslərə də istiqrazlar satıla bilər. Onun qarşısını ala bilmərik”.

Bakı Fond Birjasının sədri Fariz Əzizov bildirib ki, 100 milyon ABŞ  dolları həcmində olan istiqrazların illik 5 faizlə yerləşdirilməsi başa çatıb: “İstiqrazların faiz hesablanması prosesi yenidən başlayıb. Bu hadisə kapital bazarlarının infrastrukturunun milliləşdirilməsi baxımından əhəmiyyətli idi. Sentyabr ayının ortasında SOCAR istiqrazları birjanın listinqinə daxil olub. Bu gündən istiqrazlar üzrə gəlirlər hesablanmağa başlanır. İlkin yerləşdirmə zamanı tələb təklifi iki dəfə üstələyib. Bu onu göstərir ki, bizi təkrar bazarda qızğın proses gözləyir”.

Günel Türksoy

“203 milyonluq sifariş gəlib” -   Rövnəq Abdullayev

Həmçinin oxuyun

“Tarqovı”dakı fləşmoba görə təşkilatçıya cinayət işi açıldı – 50 nəfər cərimələndi+Fotolar

Dünən saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda xüsusi karantin rejimi qaydalarına zidd …

Bir cavab yazın