Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / 2016-cı ildə bizi nə gözləyir? –  Vüqar Bayramov

2016-cı ildə bizi nə gözləyir? –  Vüqar Bayramov

Son iqtisadi proseslər, manatın ikinci dəfə devalvasiyaya uğraması, üçüncü devalvasiya anonsu, neftin qiymətinin getdikcə daha çox ucuzlaşması, əhali arasında işsizliyin artması, banklarla vətəndaşlar arasında yaranan problemlər cəmiyyətdə böyük narazılığa səbəb olub.
 Ekspertlər hazırda yaşanan hadisələri qiymətləndirərkən, 2016-cı ilin daha ağır keçəcəyi proqnozunu verirlər. Neftin bahalaşma ehtimalının sıfıra bərabər olduğunu deyən iqtisadçılar, Mərkəzi Bankın yenidən devalvasiyaya gedəcəyi qənaətindədirlər. 
Musavat.com-a açıqlamasında son prosesləri dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov da vurğuladı ki, Mərkəzi Bankın il ərzində ikinci dəfə devalvasiyaya getməsi arzuolunan deyildi. Ekspertin sözlərinə görə, ikinci devalvasiyanın olacağı haqda öncədən proqnoz verilmişdi. Çünki, Mərkəzi  Bankın valyuta ehtiyatları manatın məzənnəsinin daha çox sabit saxlanılması üçün yetərli deyildi: “Biz müsahibələrimizdə Mərkəzi Bankın yaxın zamanlarda məzənnə siyasətinə dəyişiklik edəcəyini bildirmişdik. Çünki, Mərkəzi Bankın rezervləri kəskin şəkildə azalırdı. Əgər Neftin dünya bazarında qiymətinin yüksək olduğu dövrdə Mərkəzi Bankın rezervləri 17 milyard dollar idisə, daha sonra bu rezervlərin həcmi 5 milyard dollara qədər azaldı. Dünya bazarında neftin ucuzlaşması, dolların möhkəmlənməsi, Rusiyada baş verən  iqtisadi böhran manata təzyiqi artırdı. Bundan əlavə, Dövlət Neft Fondunun bazardan çəkilməsi AMB-nin intervensiya xərclərini azaltdı. Bu baxımdan Mərkəzi Bankın gündəlik internvensiya xərcləri orta hesabla 125 milyon dollara qədər yüksəldi.  Bu baxımdan manatın devalvasiyası qaçılmaz oldu”.
İqtisadçı ekspert devalvasiyanın daşınmaz əmlak, avtomobil və  qızıl bazarına, eləcə də bank sektoru və ərzaq məhsulları bazarına təsirindən danışaraq, mövcud problemlərin daha da dərinləşəcəyini qeyd etdi.
V. Bayramov onu da vurğuladı ki, neft bahalaşmasa və ya Mərkəzi Bank xarici borclanma hesabına manatın kursunu sabit saxlamağa çalışmasa, növbəti ildə 3-cü devalvasiya qaçılmaz olacaq.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın