Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / 200 nəfərə qarşı dələduzluq etmiş qadın məhkəmə zalında həbs olundu

200 nəfərə qarşı dələduzluq etmiş qadın məhkəmə zalında həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, D.İsmayılova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, dövlət ittihamçısı D.İsmayılovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Xətai rayonu ərazisində lombard fəaliyyəti ilə məşqul olan Dürrə İsmayılova dələduzluq nəticəsində insanların onun işlətdiyi lombarda girov qoyduğu əmlakı mənimsəyib.

D.İsmayılova lombard fəaliyyəti ilə məşqul olduğu müddətdə vətəndaşlara ümumilikdə 300 min manatdan artıq maddi ziyan vurub. Onun əməlindən 200 nəfər zərər çəkib.

İstintaq dövründə D.İsmayılovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …