Cümə , Aprel 12 2024
Ana səhifə / Kriminal / 200 min manata yaxın mənimsəmə… – Sümbülə Əliyeva həbs edildi

200 min manata yaxın mənimsəmə… – Sümbülə Əliyeva həbs edildi

200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs edilib.

Bir müddət əvvəl barəsində qiyabi həbs qərarı çıxarılmış vəkil polis əməkdaşları tərəfindən saxlanılıb.

Əliyeva müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. S. Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 1 ilə yaxın məhkəmə proseslərinə gəlməyib. Onun haqda ötən ilin əvvəlində polis vasitəsilə məcburi məhkəməyə gətirilmə qərarı çıxarılsa da, keçmiş vəkili yenə də hakim qarşısına çıxarmaq mümkün olmayıb. Hakim Mahmud Ağalarov çoxsaylı çağırışlarına gəlməyən xanım müttəhim haqda qiyabi həbs qərarı qəbul edib. Artıq qərar polis tərəfindən icra edilib. Yaxın günlərdə məhkəmə araşdırması yenidən davam edəcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb. Qafqazinfo

Həmçinin oxuyun

Məmurla həbs olunan iş adamı arasında nə baş verib? – “Restoranda 500 min verdim”

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu yolu ilə 4 milyon …