Şənbə , May 28 2022
Ana səhifə / Kriminal / 20 yaş kiçik arvadını niyə güllələdi? – Bakıdakı qətlin təfərrüatı – VİDEO

20 yaş kiçik arvadını niyə güllələdi? – Bakıdakı qətlin təfərrüatı – VİDEO

Bakıda küçədə dəhşətli cinayət olub. Kişi odlu silahla əvvəlcə keçmiş arvadını, daha sonra isə özünü gülləyib. Hər iki şəxs elə hadisə yerindəcə ölüb. Məlumata görə, onlar bir müddət əvvəl boşanıblar. Hadisənin hansı zəmində baş verməsi istintaqla araşdırılır. 

Kişi keçmiş həyat yoldaşını küçədə insanların gözü önündə güllələyərək qətlə yetirib.

Ağır cinayət günorta saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.  Baş Prokurorluqdan verilən məlumata görə, 25 yaşlı Misli Xəlilova və 44 yaşlı Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib baxış keçiriblər. Aparılan araşdırmalarla məlum olub ki, Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilov qətlə yetirib.

Prokurorluqdan verilən məlumata görə, hadisə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı olub. Şahidlər hadisəni belə xatırlayırlar.

Rasim Xəlilovun əvvəlcə keçmiş həyat yoldaşı, Misli Xəlilovanı, sonra özünü güllələyərək qətlə yetirdiyi hadisə ilə bağlı bəzi faktlar məlum olub. İnternet portallarında yayılan məlumata məlumata görə, bir müddət əvvəl ailədaxili problemlər səbəbindən onlar boşanıblar. Lakin Rasim Xəlilov özündən 19 yaş kiçik olan Misli ilə münaqişəli vəziyyəti davam etdirib və onu izləməyə başlayıb.Bu gün günorta saatlarında keçmiş həyat yoldaşının yaşadığı beşmərtəbəli binanın yaxınlığına gələn şəxs onun dəhlizdən çıxmasını gözləyib. Gənc qadın binadan həyətə çıxan kimi o, özü ilə gətirdiyi odlu silahı götürərək Mislinin baş nahiyəsinə atəş açıb, daha sonra isə özünü güllələyərək intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Moderator.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

https://daytube.az/embed/127646

Həmçinin oxuyun

MTN generalı da azadlığa buraxıldı

Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib. Belə ki, …