Ana səhifə / Kriminal / 2 yaşlı qızın ölümünə səbəb olan ailə qəzasının DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ–VİDEO

2 yaşlı qızın ölümünə səbəb olan ailə qəzasının DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ–VİDEO

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. 

ARB TV xəbər verir ki, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində olub.

Hərəkətdə olan “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 yaşlı Nuray Məmmədova hadisə yerində ölüb, 3 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılar 41 yaşlı Cavid Məmmədov, onun həyat yoldaşı 33 yaşlı Aidə Kərimova və qayınanası 57 yaşlı Dizbəz Kərimovadır. Ölən azyaşlı yaralı Cavid Məmmədovun övladıdır. Onun digər övladı olan azyaşlı uşaq və qaynı olan sürücü isə qəzadan xəsarətsiz ötüşüblər.

İlkin məlumata görə, qəzaya avtomovolinin şininin partlaması səbəb olub.

 

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …