Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / 2 manata da dollar tapılmayacaq, əgər…

2 manata da dollar tapılmayacaq, əgər…

“Manatın dollara nisbətən məzənnəsinin 50 faiz aşağı salınması ilə bağlı Mərkəzi Bankın son addımı ötən həftə sonu Bakıda və eləcə də rayonlarda uzun illərdən sonra yenidən “qara bazar” formalaşdırdı”.

Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

V.Bayramov vurğulayıb ki, üzən valyuta siyasətinə keçdiyini bəyan edərək devalvasiyaya gedən Mərkəzi Bankın manatı kəskin dəyərsizləşdirməsi milli valyutaya olan inamın tamamilə sarsılmasına səbəb olub: “Əhali manatın yeni və daha kəskin devalvasiyasından ehtiyatlanaraq əllərindəki pullarını kütləvi şəkildə dollara dəyişməyə çalışır. Mərkəzi Bankın ötən həftəsonu bazarda olmaması isə dollara olan tələbin ödənilməsinə imkan vermədi. Ötən həftənin iş günlərində 300 milyon dollara intervensiya edən Mərkəzi Bank bazardan cəkiləcəyi halda manatın kəskin dəyər itirəcəyini proqnozlaşdırmaq çətin deyil”.

İqtisadçı-ekspert qeyd edib ki, Bakıda heç də bütün valyutadəyişmə məntəqələri işlərini bərpa etməyib: “Mərkəzi Bankın intervensiya xərcləri göstərir ki, ikinci devalvasiya dollara olan tələbi azaltmayıb. Üçüncü devalvasiyanın baş verməsi isə yumşaq desək, bank sektorunun çökməsinə gətirib çıxara bilər. Qarşıdan bayram günlərin gəldiyini nəzərə alsaq, Mərkəzi Bank hökmən qeyri-iş günlərində də intervensiyasını davam etdirməlidir. Çünki əgər bayram günlərində Mərkəzi Bank bazara çıxmasa, o zaman 2 manata belə 1 dollar tapmaq mümkün olmayacaq və bu, milli valyutanın qara bazarda kəskin ucuzlaşmasına səbəb olacaq. Buna görə də indiki halda ən məqbul yol xarici borclanmaya getməklə Mərkəzi Bankın dollara tələbini qarşılamaq və manatın siterilizasiyası hesabına dollarlaşma prosesini başa çatdırmaqdır”.

V.Bayramov deyir ki, valyuta ehtiyatları 17 milyard dollardan 5 milyard dollaradək azalan Mərkəzi Bankın bazara müdaxilə imkanları getdikcə məhdudlaşır: “Ona görə də Mərkəzi Bank əlavə rezervlər cəlb etməlidir. Mərkəzi Bank öncədən bayram günləri fəaliyyət göstərəcəyini bəyan edib ilin sonu və yeni ilin əvvəlləri bazarı dollarla təmin etməkdə davam etməlidir. Əks halda bayram günləri istənilən inzibati metodlarla “qara bazarın”, o cümlədən dolların bahalaşmasının qarşısını almaq mümkün olmayacaq”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın