Cümə axşamı , Oktyabr 18 2018
Ana səhifə / Kriminal / 17 yaşlı Leylanın ölümünə səbəb olan həkimlərə hökm oxundu – azadlıqda qaldılar

17 yaşlı Leylanın ölümünə səbəb olan həkimlərə hökm oxundu – azadlıqda qaldılar

2 il əvvəl dünyasını dəyişən 17 yaşlı Leylanın ölüm səbəbi ətrafında davam edən məhkəmə iclası başa çatıb. Leylanın ölümünə səbəb olan həkimlərə cəza kəsilib.

Musavat.com xəbər verir ki, Yasamal Rayon Məhkəməsində “StarMed” klinikasınının cərrahı Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S.Mehdiyev 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib.

E.Quluzadə 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğu üçün məntəqə tipli cəzaçəkmə ilə əvəz edib.

C.Sultanov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

Leyla 2015-ci ilin mart ayında “Star Med” özəl klinikasında burnundan əməliyyat olunan zaman dünyasını dəyişib. Maliyyə-İqtisad Kollecinin 3-cü tələbəsi olan Mürsəlova Leyla Namiq qızının əməliyyat zamanı narkoz verildikdən sonra dünyasını dəyişdiyi bildirilirdi.

İlkin ehtimala görə, narkozun dozası çox olmuşdu.

Daha sonra isə L.Mürsəlovanın ürək çatışmazlığından əziyyət çəkdiyi barədə də məlumatlar yayıldı. Məhkəmə işinin gedişatından aydın olmuşdu ki, Leyla tamamilə başqa xəstəlikdən əziyyət çəkirmiş. Amma mərhumun ailəsi bununla razılaşmayıb.

Leylanın ölümü ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Leylanı əməliyyat edən cərrah Mehdiyev Sənan Elman oğlu və əməliyyatda anestezioloq kimi iştirak edən Quluzadə Emin Akif oğlu və klinikanın direktoru Cəbrayıl Sultanov cinayət məsuliyyətinə cəlb ediliblər.

Həmçinin oxuyun

Bakıda satıcının pulu və qızılları belə oğurlandı – Video

Bakıda böyük ticarət mərkəzlərinin birində baş verən oğurluq anı kameralara düşüb. Oğlu və qızı ilə …