Cümə , Sentyabr 18 2020
Ana səhifə / Kriminal / 2-ci qrup əlilin ailəsi acınacaqlı vəziyyətdə…

2-ci qrup əlilin ailəsi acınacaqlı vəziyyətdə…

Noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri – fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan vəfat edib.

1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Dərhal polis, prokurorluq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Sinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, istintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəsləyib vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyərək ehtiyatsızlıqdan iki nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, bir nəfərin isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Dəm qazından vəfat edən tələbənin ailəsi universitet prorektorunun  məsuliyyətə cəlb olunmasını tələb edir

Xasmətova Şəkər

Pərvaz Əsgərov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. 2 sentyabr 2020-ci il tarixdə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, işlə bağlı vaxtilə “Yeni Müsavat”ın müxbiri  komendant Pərviz Əsgərovla görüşmüşdü. Onun sözlərinə görə, yataqxana binasında cəmi 130 tələbə yaşayıb. Eyni zamanda həmin binada məcburi köçkünlər də məskunlaşıblar. Universitetin 3 yataqxana korpusu ötən illərdə sökülüb. Yeni yataqxana binası tikilsə də, hələ tamamlanıb istifadəyə verilməyib. Pərviz Əsgərov bildirmişdi ki, tələbələr qidaların hamısını kənardan gətirirlər. Ya alırlar, ya da onlara rayonlardan göndərilir.  Hadisə haqda isə o, bunları söyləmişdi: “Əsasən  rayonlardan ailələri tələbələrə qidalar göndərirlər. Hadisə gecə saatlarında baş verib. Gecə saat 2-yə qalmış gözətçi bizə məlumat verdi ki, təcili tibbi yardım xidmətinə zəng edilib və maşını qarşılamağa gedir. Təcili tibbi yardım xidmətinin əməkdaşları 1 saatdan çox həmin qızların yanında olublar. Qızlara təklif olunub ki, onlarla birlikdə xəstəxanaya getsinlər. Ancaq qızlar bildiriblər ki, özlərini yaxşı hiss edirlər və buna gərək duymurlar. Həkimlər gedəndən sonra bizim gözətçimiz də otağa qalxıb. Qızlar deyiblər ki, heç bir problem yoxdur. Zəhərlənən qızlar qonşu otaqda qalan tələbələrə deyiblər ki, səhər əgər yatıb qalarsaq, bizi də oyadarsız. Səhər oyadan zaman isə görüblər ki, qızların ağzından köpük gəlir. Daha sonra isə 3 təcili tibbi yardım maşını gəlib və onlar xəstəxanaya aparılıb. Tələbələrin hər üçü 4-cü kursda oxuyublar və bir otaqda qaldıqları üçün ehtimal olunur ki, onlar  eyni qidanı yeyərək, zəhərləniblər”.

Hadisədən sonra ən çox ehtimal olunan versiya tələbələrin qidadan (suşi) zəhərlənməsi versiyası idi.  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin  sədri Qoşqar Təhməzli isə məsələ barədə açıqlama verərək “bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir” demişdi. Göründüyü kimi, Pərviz Əsgərova irəli sürülmüş ittiham da qızların qidadan zəhərlənmədiyini  sübut edir. Musavat.com

Həmçinin oxuyun

Prokurorluqdan ər və arvadın ölümü barədə AÇIQLAMA

Sentyabrın 18-də saat 06 radələrində odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən Xaçmaz rayon Ləcət …