Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / 2 azyaşlı qardaşı zorlayan qonşu məhkəmə qarşısında – İyrənc cinayətin təfərrüatı

2 azyaşlı qardaşı zorlayan qonşu məhkəmə qarşısında – İyrənc cinayətin təfərrüatı

Valideynləri evdə olmayanda gəlirmiş…

Bakı Ağır Cinayətlər Məhkəməsində 2 azyaşlı qardaşa qarşı seksual xarakterli hərəkətlər edən şəxsin məhkəməsi başlayır.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən Mikayılov İlqar İlham oğlunun məhkəmə prosesinin hazırlıq iclası dekabr ayının 27-də hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək. Cinayət işində iki qardaş – Əsgərli İ. Mustafa oğlu və Əsgərli F.Mustafa oğlu  zərərçəkən kimi tanınıb.

İttiham aktına görə, azyaşlılarla qonşu olan İlqar Mikayılov Əsgərlilər ailəsinin uşaqlarından xoşu gəlib və onların valideynləri evdə olmadığı vaxt 2 qardaşa qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Ancaq azyaşlılar İlqardan qorxduqlarından valideynlərinə bu barədə heç bir məlumat verməyiblər. Günlərin birində isə azyaşlıların anası evə gələn zaman İ.Mikayılovun onun uşaqlarına seksual hərəkətlər etdiyini görərək dərhal polisə məlumat verib. Bundan sonra İ. Mikayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …