Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / “1998-ci ildən bəri ilk dəfə tədiyyə balansı kəsirlə üzləşib” – Nazir

“1998-ci ildən bəri ilk dəfə tədiyyə balansı kəsirlə üzləşib” – Nazir

“Cari ilin sonuna Ümumi Daxili Məhsulun (ÜDM) istehsalının 58,8 mlrd. manat olması, başqa sözlə 2,8 faizlik resessiyaya malik qalacağı gözlənilir”.

Bunu Milli Məclisdə komitələrin birgə iclasında 2017-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu il qlobal iqtisadiyyatda baş verən proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində müvafiq tədbirlər görülür. Nazir əlavə edib ki, makroiqtisadi sabitlik əsas hədəf qoyulub və büdcə yığcamlaşdırılması davam etdirələcək.

“Cari ildə görülən tədbirlərin 2017-ci ildə də davam etdirilməsi və genişləndirilməsi, ünvanlılıq və səmərəliliyin artırılması, yeni çağırışlara baxmayaraq makroiqtisadi sabitliyin qorunması əsas hədəflərdəndir. Layihədə yeni iqtisadi təlatümlər, reallıqlar, ölkənin üzləşdiyi strateji çağırışlar nəzərə alınıb, sosialyönümlü siyasətin davam etdirilməsi üçün müəyyən maliyyə təminatı yaradılıb.

Cari ilin ilk 10 ayı ərzində 49,2 mlrd. ÜDM istehsal olunub, real azalma 3,7% olub. Buna səbəblərədən xarici ticarət dövriyyəsinin azalması, yüksək dollarlaşma nəticəsində bank sektorunu böyük itkilərlə üzləşməsi, kreditləşmənin ciddi azalmasını göstərmək olar. Bunun nəticəsində 1998-ci ildən bəri ilk dəfə olaraq tədiyyə balansı kəsirlə üzləşib”- deyə nazir qeyd edib.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …

Bir cavab yazın