Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Azərbaycanda gənc qız oğurlanıb asıldı: “Nəslimizi qıracaqlar” (VİDEO)

Azərbaycanda gənc qız oğurlanıb asıldı: “Nəslimizi qıracaqlar” (VİDEO)

Bu gün Naftalandan “Səni axtarıram”a qatılan bir ailə böyük bir təhdidlə qarşı-qarşıya qaldıqlarını deyib.
Azinforum.az milli.az-a istinadən xəbər verir ki, qadın qızının adını açıqlamaq istəmədiyi bir qrup şəxs tərəfindən oğurlanaraq döyüldükdən sonra şalvarının qayışı ilə asıldığını deyib. Ana hadisə yerinə çatanda qayışın qızının ağırlığına dözməyərək qırıldığını, qızın iki gün komada olduğunu qorxu içində anladıb.
Ailə qızını bu hala salan şəxslərin onları “Nəslinizi qıracayıq” sözləri ilə ölümlə təhdid etdiklərini deyib.
Qızın anası bu olayın qızın əmisi ilə əlaqədər olduğunu qeyd edib. Əmisinin də vaxtı ilə həmin şəxslər tərəfindən asılaraq öldürüldüyünü sözlərinə əlavə edib.
Qadının dedikləri hər kəsi dəhşətə gətirib.
Asılan gənc qızı da kamera qarşısına çıxarıblar. Qızın canlı yayımda dili qatlanıb. Hadisənin şokundan ayılmayan studiyadakılar qızın ayılmağına kömək ediblər.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …