Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / 16 yaşlı cüdoçunu öldürən şəxs belə saxlanıldı – Video

16 yaşlı cüdoçunu öldürən şəxs belə saxlanıldı – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

“Qafqazinfo” xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Ruslan Səfixanovun polis əməkdaşları tərəfindən saxlanılmasının görüntüləri yayılıb. Onu Çevik Polis Alayının əməkdaşları saxlayıb.

Xatırladaq ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Həmin videonu təqdim edirik:

https://ok.ru/videoembed/4378590120554

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …