Şənbə , Avqust 13 2022
Ana səhifə / Kriminal / 15 yaşlı qızın yaşadığı dəhşəti məktəb psixoloqu üzə çıxardı

15 yaşlı qızın yaşadığı dəhşəti məktəb psixoloqu üzə çıxardı

Azərbaycanda 15 yaşlı qız 4 il boyunca atası və qardaşı tərəfindən cinsi istismara məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, istintaqın qənaətinə görə, 2006-cı il təvəllüdlü G. Fuadzadənin (şərti) anası 2015-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Anası rəhmətə gedəndən sonra uşaq atası və qardaşı ilə birlikdə yaşayıb.

Cinayətin üstü yalnız məktəbli qızın hadisəni öz sinif yoldaşı olan qonşusuna danışmasından sonra açılıb. Belə ki, qonşu qız bu barədə anasına məlumat verib. Qadın isə olanları qızın təhsil aldığı məktəbin psixoloquna danışmağı tövsiyə edib. “Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlərlə söhbət aparmaq üçün məktəbə gələn psixoloq olanları öyrənib və bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qızın qardaşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilib.

Məhkəmədə dindirilən qardaş isə ittihamları qəbul etməyib: “Ona qarşı heç vaxt əxlaqsız hərəkət etməmişəm. Bir dəfə qolunu şüşə ilə kəsmişdi. Bunun səbəbini soruşanda anama görə darıxdığı üçün etdiyini demişdi”.

G.Fuadzadə isə ifadəsində göstərib ki, atasına etiraz etsə də, gücü çatmayıb.

Məhkəmədə dindirilən qonşu qadın bildirib ki, uşaq hərdənbir onlara qonaq gəlib: “Bir dəfə mənə rəfiqəsinin telefonu ilə zəng edib “xala, məktəbə psixoloq gələcək, məni uşaq evinə verəcəklər” dedi. Ona dedim ki, hər şeyi məktəbin psixoloquna danışsın. Hadisəni ərimə danışdım. Ərim onlara gedib hadisəni uşağın öz dilindən öyrənib”.

Ekspertiza da 15 yaşlı qızın dediklərini təsdiq edib. 

Qardaş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Məhkəmə şikayəti əsassız hesab edərək cəza müddətini dəyişdirmədən saxlayıb.

Bundan əlavə, atanın törətdiyi əməllə bağlı da ayrıca cinayət işi başanılıb və məhkəmənin hökmü ilə o da azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

“Quska“ Prezidentə xahişlə müraciət etdi

Həbsdə olan sabiq deputat, iş adamı Hüseyn Abdullayev (Quska) prezident İlham Əliyevə onun “əsassız cinayət …