Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / 15 yaşlı oğlanın paraşütü açılmadı, yerə çırpıldı – Dəhşətli görüntülər (VİDEO)

15 yaşlı oğlanın paraşütü açılmadı, yerə çırpıldı – Dəhşətli görüntülər (VİDEO)

kraynada 15 yaşlı oğlan faciəvi şəkildə ölüb.

Minval.info xəbər verir ki, 14-cü mərtəbədən tullanmağa çalışan oğlan evdə hazırladığı paraşütünün açılamaması nəticəsində yerə çaxılaraq həlak olub. Hadisə Ukraynanın Makiivka şəhərində baş verib. 15 yaşlı Boqdan Firsov adlı oğlanın ölüm anı kameraya düşüb.

O, özü hazırladığı paraşütün istifadəsi üçün 14 mərtəbəli binanın başına çıxıb. Boqdanın paraşütlə tullanmasını izləməyə yığışan qohumları və anası çarəsizcə onun ölümünün şahidi olublar.

Bir neçə dəqiqə əvvəl oğlunu tullandığına görə alqışlayan qadın onun ölümündən şoka düşüb. O, hadisə yerini tərk etmək istəməyib.

Ekspertlər isə bildirib ki, paraşüt açılsa belə, o öləcəkdi. Çünki paraşütlə tullanmaq üçün minimum hündürlük 70 metr (təxminən 25 mərtəbəli bina) olmalıdır.

Həmçinin oxuyun

Daha bir xəstəxana direktoruna cinayət işi açıldı

Qusar rayon xəstəxanasında təcili tibbi yardımın əməkdaşlarına verilən əlavə ödəmənin mənimsənilməsi ilə bağlı cinayət işi …