Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Kriminal / 15 qızılağac ağacını kəsən şəxs prokurorluğa verildi – Nazirlikdən açıqlama

15 qızılağac ağacını kəsən şəxs prokurorluğa verildi – Nazirlikdən açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Lerik rayonunun Vizəzəmin kəndi ərazisində köküstə yaş 15 qızılağac ağacının kəsildiyi aşkar edilib və təbiətə 8900 manat məbləğində ziyan dəydiyi məlum olub.
Mia.az ETSN-ə istinadən bildirir ki, araşdırma zamanı ağacların Lerik rayon sakini Asif Rzayev tərəfindən kəsildiyi müəyyən olunub və faktla bağlı təqsirkar barəsində akt tərtib edilib:
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilib”.

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …