“Report”un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən “Araz market”də qeydə alınıb. Marketdən 134 ədəd dəyəri 150 manat olan “Snikers” oğurlamağ cəhd göstərən 25 yaşlı Sahib Səmədli marketin işçiləri tərəfindən saxlanılıb.

S.Səmədli Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verilib.