Ana səhifə / Kriminal /  Fuad Axundovun “Almalı” fırıldaqları… – FOTOLAR

 Fuad Axundovun “Almalı” fırıldaqları… – FOTOLAR

Şikayətşi Elmar Həsənov “Almalı” marketlər şəbəkəsində həyata keçirilən şok fırıldaqlar barədə teref.info-ya müraciət ünvanlayıb. Şikayətçi yazır:
“Hörmətli redaksiya!!!
Bir müddət öncə müraciətimə əsasən “Almalı” marketlərin əsl simasını və hansı niyyətlə açılıb bağlanması ilə bağlı faktların 1 hissəsini dərc etmişdiniz. Bu məsələdə obyektiv mövqe tutaraq məqaləni dərc etdiyiniz üçün və eyni zamanda qarşı tərəf üçündə “mövqelərini” ifadə etmək üçün şərait yaratdığınız üçün dərin təşəkkürümü bildirirəm. Lakin gördüyünüz kimi bu günə kimi qarşı tərəf heç bir tutarlı və əsalı mövqe nümayiş etdirə bilməmişdir.
Eyni zamanda ziyan çəkən tərəf kimi “Almalı”da gedən əsl proseləri araşdıraraq 2 hissə kimi söz verib lakin göndərmədiyim materiallar üçün qarşınızda hesabat verməyi özümə borc bilirəm!!
İlk növbədə onu qeyd etmək istərdim ki, 1-ci hissə dərc olunan kimi “Almalı” marketlərinin yiyəsi müəyyən kontaktlar yaradaraq mənə “Almalı” problemini mətbuatda ictimayiləşdirməkdən vaz keçərək öz aramızda sakitliklə məsələni həll etməyə dəvət etmişdir. Halbu ki, sözü gedən məsələnin ictimayiləşməsindən öncə mən şəxsən Fuad Axundova və xanımı Fərəh Axundovaya tərəfimdən araşdırılmış materialları göndərməklə bu məsələyə öz aramızda aydınlıq gətirməklərini Xahiş etmişdim. Lakin cavabında nə ilə rastlaşdığımı daha sonra yazımın ortalarında xüsusi qeyd edəcəm (faktlarla).
Beləliklə mən 2-ci hissəni göndərməyi yubadaraq səbrlə qarşı tərəfdən xəbər gözləməyə başladım. Lakin “Almalı”nın yiyəsi Fuad Axundov vaxt uzadaraq rəhmətlik atamla və ailəmizlə firavan uşaqlıq dövrümüzün xatirəsi olan və “Almalı” yolunda qurban verilərək satılan 7-ci mikrarayondakı köhnə məhəlləmizə mülki geyimdə naməlum adamlar göndərmişdi. Qonşulardan yeni ünvanımızı öyrənməyə çalışmışdılar. Dəfələrlə onlara Bakı şəhərində olmadığımı və Bakıda tək anamla bacılarımın olmasını qeyd etdiyim halda bu addımın atılması bu insanın əsl simasını büruzə verir. Eyni zamanda parallel olaraq 1 hissəni dərc edən sosial şəbəkələrə ümumiyyətlə atam Həsənov Səməd Həsənağa adlı insanın “Almalı”nın borclular siyahısında olmaması, hər hansısa sübut gətirəcəyimiz halda ziyanın qarşılaşacağı kimi kənarlaşdırıcı fikirlər irəli sürülürdü. Ən əsası isə sosial şəbəkələri “Almalı” məsələsini qərəzli, “yuxarıların” sifarişi olmaqla ümumiyyətlə bizim ailəmizin atamın və mənim qeyri –mövcudluğuna inandırmağa çalışmışdır. Tərəfimdən hazırlanmış materialları isə anonim yazı kimi qiymətləndirmişdilər. İkili standartlrla hiyləgərliyə əl atan Fuad Axundov sonuncu dəfə Moskva şəhərində hər iki tərəfin vəkilləri ilə görüşün keçirilməsinə ilkin razılıq versədə sonda görüşə şimalı qafqaz milliyətindən olan üç nəfər qeyri-adekvat olan qoçularını göndərmişdir.

 
Beləliklədə Bakıdakı köhnə məhəlləmizə və Moskva şəhərində görüşə göndərdiyi adamları ilə Fuad Axundov qeyri ənənəvi üsulla mübaisəli məsələləri həll etmək istərdi. Çox heyif ki, cənab Axundov Sizin bu hiyləniz baş tutmayacaq. Kişi olmayan evə kişi göndərmək və yaxud kişi söhbətinə qoçular göndərmək ən azından “kişi söhbətinə” yaraşmır. Belə olduğu halda qanun dilində Sizinlə danışmağı özümə şərəf duyuram!!!!
Hörmətli redaksiya və Hörmətli oxucular!!! Mən Elmar Həsənovun anonim olmağımı və bununlada sosial şəbəkələrə “təziq” göstərən Fuad Axundovun özünə bir sual verək!!! Cənab Axundov, axı Elmar Həsənov ilk olaraq Sizə yazılı müraciət edib. Tutaq ki, Elmar səhv araşdırma aparıb və Sizdən öz haqqını əsassiz tələb edir. Hər bir normal insana məktub yazıb nə isə tələb etsələr, düşünürəm normal hər kəsdə ya cavab məktubla və yaxud görüş təyin edib aydınlıq gətirməklə bu işə bir nöqtə qoyardı. Siz məni anonimliyə qeyb etməklə 21 may 2016-ci ildə Sizin işlədiyiniz Ankarada Akkuyu layihəsinə ünvanladığım müraciətə nə deyirsiz??? (Qoşma: 1 Akkuyu) Bundan sonra isə 23 may 2016-cı ildə Akkyudan müraciətin oxunulmasını təsdiqləyən elektron poçtu necə inkar edəcəksiniz??(Qoşma: 2 Akkuyudan cavab). Bununlada iş bitmir 11 avqust 2016-cı ildə Sizin elektron poçt ünvanınıza göndərilən müraciətə nə deyirsiz??? (Qoşma 3,4: Fuad Axundova). Daha sonra 31 avqust 2016-cı il ildə ailəm üçün çox önəmli olan və Sizin tərəfinizdən yaradılan problemə biganə qalaraq mövqenizi nümayiş etdirməyinizlə bağlı müraciətə nə cavab verəcəksiz???(Qoşma 5,6: Fuad Axundova məktub).
Mən yenədə öz növbəmdə səbr nümayiş etdirməklə ailənizin xanımı Fərəh xanıma müraciət etdim. Müraciətimdə son dərəcədə etik qaydalara riayət etməklə Xahiş etdim ki, ailəmizin başına gətirdiyiniz müsübətə bir aydınlıq gətirəsiz. Şikayətçi teref.info-ya yazır ki, cavabında isə Fərəh Axundova ailənizdə ki, adi hal olan ünsiyyət formasından istifadə edərək, tanımadığı, bilmədiyi, görmədiyi Azərbaycanlı kişiyə bu məktubları cavab olaraq göndərdi. (Qoşma 7,8: Fərəh Axundova)
Fuad Axundov, Bəlkə 01 dekabr 2016-cı tarixdə Siz xanımınızın söyüş təhqirlərini hirsli olduğu ilə malalamaq məqsədi ilə mənə məktubunuzuda anonim lövhəsindən asasınız!?. (Qoşma 9: Fuad Axundov).
Ümumiyyətlə Fuad Axundov haqda acı həqiqət işıq üzü görən kimi, yeni nağıllar dolaşmağa başlanıb. İndi isə “Fuad Axundovun yüksək səviyyəli idarəçilik qabiliyyətini bilib adını batırırlar ”, “Real Prezident olmağa layiq savadlı kadrdı, ona görə sifarışdı” və ən məhşuru “Onun uğurlarına paxıllıq edirlər, anonimkalar yazırlar”. Bu kalamın müəllifi bəstəkar Sədaqət Arif qızıdır. Heç demə bəstəkar Sədaqət Arif qızı Fuad Axundovun dost doğmaca qaynanasıdır. Sədaqət xanım kürəkəni haqda yazılar dərc olunan kimi öz Facebook səhifəsində bu sitatla çıxış edib “Allah Mirzə İbrahimova rəhmət eləsin. Böyük dayaq filmi yagin ki, yadınızdadı. Yastı Salman, Kələntər Lələş və lal Hüseyn oturub “anonimka” yazıb ev yıxırdılar və özləri öz yalanlarına inanırdılar. Təəssüf ki, indi də bu çirkin işlərlə məşğul olan insanlar var. Başqasının uğuruna yanıb şər böhtana əl atanlar. Yazıqlar olsun.”(Qoşma 10: Sədaqət Arif qızı)
Sədaqət xanımı başa düşmək olar, kürəkəni müdafiə etmək lazımdır. Lakin 11 noyabr 2016-cı il tarixdə http://news.milli.az/country/488518.html; http://karabakhmedia.az/main/9319-azerbaycanin-taninmish-bestekarin-mahnilarini-kimler-ogurlayir-musahbe.html sizin bir məqaləniz dərc olunmuşdur “Tanınmış bəstəkar Sədaqət Arif qızının mahnılarını kimlər “oğurlayır”?. İki üç dənə “ştampovka” 50 manatlıq mahnıya görə aləmi qatırsız bir birinə, lakin əlimizlə gətirib Sizin “Almalı” mağazalarına verdiyimiz 100 000 manatlaıq malların pulunu yeyib, deyirsiz “bankrot” olduq. Ümumiyyətlə araşdırma zamanı ziyan çəkmiş insanların arasında o qədər maraqlı insanlar var ki, Sizin nə dərəcədə tükürpədici bir şəxslər olmağınızı onlar özləri ifşa edəcəklər!!!
Hörmətli Sədaqət xanım, “Anoimka” yazan adamın anasını Sizin qızınız küçə söyüşləri ilə təhqir edir. Demək söyüşlə cavab yazmaq normaldır, lakin etik davranışla cavab vermək çətin. Mənim anam ərini itrdikdən sonra göz yaşları ilə üç övladını ev eşik yiyəsi edib və tərbiyə verib. Buda Sizin verdiyiniz tərbiyə!!!! Mənim anamın ünvanına bu Sözləri deyən insanlar, evimə mən olmadığım halda (беспредельщик) göndərən insanlar özünüzdən xəbəriniz varmı???
Belə olan halda Sizin kimi mənəviyyatsız valideyinlərə, nənələrə və babalara “layiqli” övlad kimi dinimizdən, dilimizdən, milliyətimizdən və mənəviyyatımızdən köklü şəkildə seçilən həm kişi paltarı həmdə qadın paltarı geyə bilən yeni kürəkən seçimi Sizə layiqli cavabdır (Qoşma 11.12.13.14 :Sədaqət xanımın nəvəsi və Fərəh Axundovanın qızı).(Qoşma 15 :Sədaqət Arif Qızı)
Bununla yanaşı Siz Fuad Axundov sonuncu hiylənizidə həyata keçirə bilmədinz. “Almalı”nin direktoru Rafael Hacıyevı Ankaraya Akkuyu layihəsinə müşavir dəvət edərkən, onun günlərin bir günündə qəflətən ürək çatışmamazlığı ilə bu dünyadan köçməyinidə planlaşdırmışdınız. (Qoşma16: Rafael Hacıyev- Ankara Akkuyu) Rafael Hacıyevi Siz “Almalı” layihəsində hədəf qoymaq istəsənizdə onunda bu oyunda qurbanlıq rolu artıq müəyyənləşib. O ki qaldı yaxın keçmişdə Respublika Prokurorluğuna müraciət etməyimə və sonra bu məsələ ilə bağlı gedib izahat verməməyimə (danışığa dəvət etməyinizdən allandım), Sizi ümüdvar edirəm ki, yaxın gələcəkdə Bakıya dönər dönməz rəsmi dövlət orqanlarının vasitəsi il Sizin mütəşəkkil formada dələduz əməllərinizə hüquqi qiymət verilməsi istiqamətində lazimi addımlar atacağam.
Hörmətli redaksiya, bu işdə təmənnasız dəstək verdiyiniz üçün Sizin kollektivinizə və Rəhbərliyinizə təşəkkürümü bilidirirəm. Var olun. Eyni zamanda Moskva şəhərində Rosatom rəsmiləri və jurnalistlərlə keçiriləcək tədbir barədə geniş formatda məlumatları Sizə təqdim edəcəm.
Hörmətlə Elmar Həsənov”.
Azinforum.az  olaraq qarşı tərəfin fikirlərini işıqlandıra bilərik.

 

Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...
Fuad Axundovun "Almalı" fırıldaqları...

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın