Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Kriminal / “100 məhkum cəzadan tamamilə azad edilib” – Nazirlik

“100 məhkum cəzadan tamamilə azad edilib” – Nazirlik

Cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1.000-dək məhkumun işləri öyrənilib və yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq artıq 100 məhkum cəzadan tamamilə azad edilib.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəz edilib , 63 nəfərin əməli yeni maddələrə tövsif edilib.

Həmçinin oxuyun

Repçi Elmin Moskvada ağır qəza törətdi, 3 yaralı var – Video

Rusiyada “Elley” ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib.  “Qafqazinfo” xəbər …