Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / 10 milyon manatlıq ziyanı ödəyən Beytulla Hüseynov şikayət elədi – Məhkəmə olacaq

10 milyon manatlıq ziyanı ödəyən Beytulla Hüseynov şikayət elədi – Məhkəmə olacaq

“Rabitə işi” üzrə təqsirləndirilən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov barəsindəki qərarından kassasiya şikayəti verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Beytulla Hüseynov məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzası 7 il 6 aya endirilib.
Lakin Hüsyenov bundan da narazı qalıb və Ali Məhkəməyə müraciətində cəzasının azaldılmasını və üzərinə həbs qoyulan əmlakların özünə qaytarılmasını istəyib.  Şikayətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. İlk iclasın vaxtı yaxın günlərdə təyin ediləcək.

 

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …