Cümə , Oktyabr 22 2021
Ana səhifə / Kriminal / 10 dəfə məhkum olub, 20 il həbsdə qalıb… – YENƏ TUTULDU

10 dəfə məhkum olub, 20 il həbsdə qalıb… – YENƏ TUTULDU

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtobuslarda, ticarət məkanlarında cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı şəhər ərazisində fəaliyyət göstərən 9 nömrəli marşrut xəttində sərnişinlərdən birinin cibindən içərisində 150 manat vəsait olan pul qabını oğurlayan 50 yaşlı Elxan Cəfərov saxlanılıb. E. Cəfərov yaşadığı evdən çıxaraq 9 nömrəli marşrut avtobusuna minib. Avtobusda olan sıxlıqdan istifadə edərək oğurluq əməlini həyata keçirib və növbəti dayanacaqda düşərkən polis əməkdaşları tərəfindən tutulub.

İstintaqa cəlb edilən E. Cəfərovun indiyədək oğurluq və narkotik maddələri saxlama maddələri ilə 10 dəfə məhkum olunduğu və ümumilikdə 20 il məhkum həyatı yaşadığı məlum olub.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, E. Cəfərov Sumqayıt şəhər Polis İdarəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanan məşhur cibgir və narkobaron Qəmər Cəfərovanın oğludur. APA

Həmçinin oxuyun

Baş Prokurorluq Eldəniz Səlimovla bağlı məlumat yaydı

İyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına …