Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Kriminal / 1 nömrəli “qanuni oğru”nun həbsinin “Quli”yə nə dəxli?

1 nömrəli “qanuni oğru”nun həbsinin “Quli”yə nə dəxli?

Oleq Şişkanov kriminal aləmdə  “nömrə 1“ olsa da, o, daha çox slavyan qruplaşmasının lideri kimi qəbul edilirdi və…

Nüfuzlu slavyan “qanuni oğru” 54 yaşlı Oleq Şişkanov Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Avtoritet  Moskva vilayətinin Ramensk rayonunun Popovka kəndində – özünə məxsus evdə saxlanılıb. Şişkanov 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Basman rayon məhkəməsindən bildirilib.   O, özünü günahsız hesab etdiyini və ittihamın mahiyyətini anlamadığını deyib.

Oleq Şişkanov 1964-cü ilin 19 iyulunda Remelskidə anadan olub. Kriminal aləmdə “Şişkan” və ya “Şişkan Remelski” ləqəbi ilə tanınır.

Məlumdur ki, Rusiya kriminalının əsas siması olan Zaxari Kalaşov (“Şakro Molodoy”)  məhkəmənin hökmü ilə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu səbəbdən də uzun müddət idi ki, Kalaşovu kimi əvəz edəcəyi geniş müzakirə mövzusu idi.

“Qanuni oğru”ların “nömrə 1″ statusunu Oleq Şişkanova həvalə edilməsinə razılaşdığı bildirilirdi. ”Şakro”nun hökmü elan edildikdən sonra “Şişkan”ın namizədliyinin təsdiqlənməsi üçün video konfrans keçirildi. Video konfransa slavyan qruplaşmasının ən nüfuzlu üzvlərindən hesab olunan Aleksey Petrov və Sergey Aksyonov qatılıb.  “Şişkan” üçün rəyi soruşulanlardan biri də “Mişa Lujnetski” kimi tanınan “qanuni oğru” Mixail Voevodina olub. O da gah Moskvada, gah da İsveçrədə yaşayır. “Şişkan” üçün səs verənlərdən biri də “Şakro”nun boşalmış kreslosuna ən real namizəd olan “Tyurik” ləqəbli Vladimir Tyurin olub. “Şişkan”la bağlı rəy bildirənlər sırasında Andrey Miroyedov (“Mirıç”), Şalva və David Ozmanov da olub. David Ozmanov “Şakro”nun qohumudur və bu səbəbdən onun da “dobro”su əhəmiyyətli olub.

Oleq Şişkanov ile ilgili görsel sonucu

“Şişkan”ın “parlaması” Rusiyada “qanuni oğru”lara qarşı mübarizənin sərtləşdiyi vaxta təsadüf etdi ki, bu da onun tezliklə həbs edilə biləcəyi ehtimalını yaradırdı. Məlumdur ki,  Rusiya prezidenti Vladimir Putin mütəşəkkil cinayətkar qrupların liderləri barəsində cəza tədbirlərinin sərtləşdirilməsi haqda qanun imzalayıb.

Cinayət Məcəlləsinin 210-cu maddəsinə əlavə  edilən qanunun əsas mahiyyəti bundan ibarətdir ki, “qanuni oğru” kimi tanınan şəxslərin bu statuslarını etiraf etməsi onların həbsi üçün yetərli əsasdır. Bu maddənin sanksiyası 15 il həbs cəzası nəzərdə tutur. Bu səbəbdən indi Rusiyada “qanuni oğru”lara qarşı ciddi mübarizə gedir və “Şişkan”ın həbsi təəccüblü deyil. Rusiya mənbələri yazır ki, hazırda Rusiyada 430 “qanuni oğru” adı almış kriminal var. Onların isə təxminən 70 nəfəri ölkə ərazisində yaşayır. “Qanuni oğrular”ın ən böyük konsentrasiyası isə Moskva regionunda, Sankt-Peterburq və Krasnodar bölgəsindədir. “İndi ”qanuni oğrular” vəziyyətdən çıxmaq üçün daha az radikal variantlardan istifadə edirlər. Ən optimalı müvəqqəti miqrasiyadır ki, onlar yad ellərdə də “toy-bayram”  gözləmir.

Oleq Şişkanov ile ilgili görsel sonucu

 “Şişkan”a gəlincə, o, 1980-cı ildə qətlə görə həbs edilib. Onu Mordoviyada ən ağır şəraitli cəzaçəkmə müəssisəsinə göndəriblər. Burada o, “Jequn” ləqəbli avtoritet Vyaçeslav Jequnovla tanış olub. “Jequn”un diqqət mərkəzinə düşən “Şişkan” acımasız qanqster roluna çox uyğun gəlirdi. “Şişkan”ın cinayət aləminə yolu da bu tanışlıqdan başlayıb. “Jequn” azadlığa çıxdıqdan sonra “Şişkan”ın “qanuni oğru” adı alması üçün hazırlıqlara başlayıb.

1992-ci ildə “Şişkan” azadlığa buraxılır. O, azadlığa buraxıldıqdan dərhal sonra kriminal aləmin “generallarından” sayılan “Şakro Molodoy”, “Şakro Qoca” və “Qlobus” ləqəbli “qanuni oğru”lar onu himayəyə götürüb və “qanuni oğru” adı verib. Taclandırma mərasimində ona “Oleq Remelski” ləqəbi verilib, amma kriminal aləm onu əbədi olaraq “Şişkan” adlandırıb.

Rusiya mənbələri yazır ki, “Şişkan”ı təkcə yeni qanuni pozmaqda deyil, Ramensk rayon deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün sifarişli qətlində də ittiham edə bilərlər. Hadisə 2012-ci ildə baş verib. Deputat Sidorovanın və ailə üzvlərinin cəsədi bu günə kimi də tapılmayıb. Deputat “Şişkan”ın  biznes şəriki  olub.  Uzun illərin əməkdaşlığına baxmayaraq “Şişkan”la deputat arasında bir müddət sonra narazılıq  yaranıb. İddia olunur ki, bu qətllərdə  “Şişkan”ın əli var. 

Onu da qeyd edək ki, bəzi mənbələr “Şişkan”ı  azərbaycanlı  “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”)  düşməni kimi təqdim edirlər.  Bəzi yerli saytlar “Şişkan”ın “Şakro”nun yerini tutmasını  hələ o zaman da “Quli”nin məğlubiyyəti kimi izah edirdilər  ki, bu da doğru yanaşma deyildi.  Çünki “Şişkan”  “nömrə 1″ olsa da, o, daha çox slavyan qruplaşmasının lideri kimi qəbul edilirdi.  ”Quli”nin mövqeyinə gəlincə, iddia olunurdu ki, o, kriminal aləmdə “kral”a, “daha doğrusu, ”bütün bossların bosu”na ehtiyac olmadığını  düşünür. “Quli”nin fikrincə, bütün “qanuni oğru”lar özünü eyni səviyyədə “qardaş kimi” aparmalıdır.

Həmçinin oxuyun

Qorxunc “Ağdam bandası”nın işi: pula görə Rumiyəni də öldürüblər…

Uzun illər Rusiyada yaşayan Murad Məmmədov  Sankt Peterburqda bizneslə məşğul olan ağdamlılar arasında böyük nüfuza malik …