Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal /  Bakıda məşhur xəstəxanada faciə: – uşaq naməlum səbəbdən öldü

 Bakıda məşhur xəstəxanada faciə: – uşaq naməlum səbəbdən öldü

Bakıda ixtisaslaşmış xəstəxanada yeni doğulmuş uşaq ölüb. Lent.az xəbər verir ki, iyunun 7-də Füzuli rayon Horadiz qəsəbə sakini, 1989-cu il təvəllüdlü Gülnarə Əhmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilib. İyunun 9-da o, 1 kiloqram 900 qram çəkili oğlan uşağı dünyaya gətirib. G.Əhmədovanın bətnindəki 35 həftəlik uşaq qeysəriyyə yolu ilə götürülüb. Lakin iyunun 11-nə keçən gecə yeni doğulmuş oğlan uşağı naməlum səbəbdən vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …