Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal /  Azərbaycanda dəhşətli cinayət: qardaşını güllələyib öldürdü – TƏFƏRRÜAT

 Azərbaycanda dəhşətli cinayət: qardaşını güllələyib öldürdü – TƏFƏRRÜAT

Xızı rayonunda qətl törədilib. Lent.az xəbər verir ki, rayonun Yarımça kəndində 1972-ci il təvəllüdlü Məhərrəmov Şirxan Həsən oğlu qardaşı, 1966-cı il təvəllüdlü Səməd Məhərrəmovu güllələyib. Ağır xəsarət alan 51 yaşlı kişi vəfat edib.

Bildirilir ki, iki qardaş arasında uzun müddət imiş, torpaq sahəsi üstündə münaqişə varmış. Dünən onlar növbəti dəfə mübahisə ediblər və bu zaman Şirxan Məhərrəmov 16 kalibrli təklüləli tüfənglə özündən 6 yaş böyük qardaşına atəş açıb. S.Məhərrəmov hadisə yerində ölüb.

Hadisəni törədən şəxs tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …