Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Kriminal /  Abşeronda jurnalistin evindən oğurluq olub – “…evimdən 1700-1800 manat məbləğində pul oğurlanıb”

 Abşeronda jurnalistin evindən oğurluq olub – “…evimdən 1700-1800 manat məbləğində pul oğurlanıb”

Abşeron rayonunda jurnalist Vasif Həsənlinin evindən oğurluq olub.

Bu barədə “Report”a V.Həsənlinin özü məlumat verib.

O, hadisə vaxtı evdə olmadığını bildirib: “Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evimdən 1700-1800 manat məbləğində pul oğurlanıb. Hadisə mən və ailə üzvlərim evdə olmayan zaman baş verib. Naməlum şəxs və ya şəxlər evə pəncərədən daxil olublar”.

Faktla bağlı zərərçəkən Abşeron Rayon Polis İdarəsinə məlumat verib, araşdırma aparılır.

Qeyd edək ki, V.Həsənli ölkə.az saytında çalışır.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …