Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / ​Bu il İnternet üzərindən 700 mln. dollarlıq aparat alınacaq

​Bu il İnternet üzərindən 700 mln. dollarlıq aparat alınacaq

Bu il virtual reallığın (VR) 1 mlrd. dollar təşkil edəcəyi ilk il olacağı proqnozlaşdırılır və bunun da 700 mln. dolları aparat təminatı satışının payına, qalanı isə kontentin payına düşür. Bu barədə “Deloitte Global”ın hazırladığı “Texnologiya, Media və Telekommunikasiya üzrə Proqnozlar 2016” icmal buraxılışında qeyd edilib.
“Deloitte” hesab edir ki, gələcəkdə VR-da həm istehlakçı, həm də müəssisə üçün çoxlu tətbiqi proqramların olacağı ehtimal edilir, lakin 2016-cı ildə kommersiya fəaliyyətlərinin əksəriyyətinin video oyunlara yönələcəyi gözlənilir:
“Biz 2,5 mln VR şlemlərinin və 10 mln oyun surətlərinin satılacağını ehtimal edirik. 2016-cı ildə VR avadanlığının 2 əsas növünün olacağı ehtimal edilir – tam funksional və səyyar virtual reallıq avadanlığı. Birinci növ yüksək icazəli ekranları özündə birləşdirir və onun dəyərinin (ilkin əvvəlində qiymətlər daha yüksək olmaqla) 350-500 ABŞ dolları arasında olacağı ehtimal edilir. Biz 2016-cı ildə əsasən ilkin satış qiymətindən asılı olmaqla satışın 1.0–1.75 mln. arasında olacağını ehtimal edirik. Tam funksional avadanlıqların son nəsil oyunların idarəetmə pultarı ilə və ya yüksək yenilənmə tezliyini tənzimləyə bilən müasir qrafik kartlı kompüterlərlə istifadə üçün layihələndirildiyi ehtimal edilir. “Səyyar virtual reallıq” xüsusi quruya yerləşdirilmiş yüksək səviyyəli smartfon ekranından ibarətdir ki, bu da şlemin istifadəçinin başına tam və ya qismən rahat keçməsini təmin edir. Bunun qiymətinin 100 ABŞ dollarına yaxın olacağı ehtimal edilir və biz təxmin edirik ki, 2016-cı ildə yarım milyon avadanlığın satılacağını ehtimal edirik. Tam funskional VR-in açıq üstün olması nəzərə alınmaqla 2016-2020-ci illərdə VR-in hər iki növü yüksək keyfiyyətli VR-i təmin edəcək”.
Buraxılışda qeyd edilir ki, oyunların satışından əldə ediləcək əsas gəlirin ümumilikdə 300 ABŞ dolları təşkil edəcəyi və mülkiyyət hüquqları üçün daxilolmaların 5 və 40 ABŞ dolları arasında olacağı ehtimal olunur:
“Smartfonlar üçün yaradılmış tətbiqi proqramların əksəriyyətini sonuncunun başlıca olaraq markerinq aləti kimi xidmət göstərməsi şərtilə 10 ABŞ dollarına və ya pulsuz əldə etmək mümkün olacaq. 2016-cı ildə VR-in televiziya və ya filmlər üçün geniş istifadə olunacağı gözlənilmir. VR-in televiziyaya və filmlərə minimal təsirinin əsas səbəbi bu il yayım qiymətləndirməsinin və hətta VR kontentini dəstəkləyən həvəskar kameraların olmaması kimi mühüm məhdudiyyətlər səbəbindən VR kontentinin zəif olmasıdır”. Report.az

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın